2 azyaşlını soyan gənci polis həbs etdi

Hebs

2 azyaşlını soyan gənci polis həbs edib.

XALQ.AZ-ın məlumatına görə, paytaxt sakini 25 yaşlı İbrahimov Vüsal Rafiq oğlu ömrünün çox hissəsini, demək olar ki, küçələrdə keçirib. Özünün dediyi kimi, onun skamyalarla bu cür tanışlığı da buradan qaynaqlanır. İndi isə İbrahimovu dəmir barmaqlıqlarla mehriban tanışlıq gözləyir. Çünki Səbail polisi onu iki azyaşlıya qarşı soyğunçuluq etdiyi üçün saxlayıb. İfadəsində də Vüsal bunu etiraf edib.

Vüsal İbrahimov azyaşlıların qabağını kəsən zaman polis əməkdaşları da onun başının üstünü kəsib və oradan da birbaşa polis orqanına gətirilib. Dindirilmə zamanı 25 yaşlı Vüsalın həyatının heç də xoş keçmədiyi üzə çıxıb. Sən demə, hələ kiçik yaşlarından valideynləri onu uşaq evinə qoyub. Bundan sonra da müxtəlif çətinliklərlə qarşılaşıb.

Faktla bağlı araşdırmalar aparılır. Vüsal İbrahimovun daha kimlərə qarşı oxşar cinayətlər törətdiyi dəqiqləşdirilir.