19,2 kiloqramdan çox narkotik vasitə aşkarlandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 23-də ümumi çəkisi 19,2 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, narkotik vasitələrdən 9,4 kiloqramdan çox heroin, 5,4 kiloqramdan artıq marixuana, 4,3 kiloqramdan çox metamfetamin dövriyyədən çıxarılıb.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.