26 may astroloji proqnoz

Astroloq
QOÇ – Ulduzların düzümünə görə, bu təqvimdə hər şeydən əvvəl səhhətinizi qorumalı, şər işlərdən uzaq olmalısınız. Çalışın ki, hisslərinizi cilovlayasınız. Axşam sürprizlə rastlaşacaqsınız.
BUĞA – İşgüzarlığınız artıdığından qarşınıza qoyduğunuz məqsədlərin əksəriyyətini reallaşdıra bilərsiniz. Bəxtinizin gətirəcəyinə ümid edin. Nahardan sonra ovqatınız xeyli yüksələcək.
ƏKİZLƏR – “Hakim” olduğunuz bu dövrün maliyyə uğurunu görməyə başlayacaqsınız. Saat 13-16 arası bu istiqamətdə daha əlverişli şanslar qazana bilərsiniz. Qərarlarınızda qəti olun.
XƏRÇƏNG – Cərəyan edən bütün proseslərə reallığın gözü ilə baxın. Çünki indiki dünya fantaziyaları qəbul eləmir. Səfərə çıxmaq üçün olduqca münasib gün olsa da, büdcənizə görə hərəkət edin.
ŞİR – İş mane olmasa, səyahət və doğmalarla görüşmək üçün əlverişli vaxtdır. Maddi durumunuzda da nəzərəçarpacaq irəliləyişlər mümkündür. Bütün hallarda tənhalığa aludə olmayın.
QIZ – Təxminən saat 11-dən 15-ə qədər bəzi xoşagəlməzliklərlə rastlaşa bilərsiniz. Bu səbəbdən də həmkarlarınızla, rəhbərinizlə nəzakətli davranın. Yersiz mübahisələr zərərinizədir.
TƏRƏZİ – Zamanın nəbzini tutmaqda hələ də çətinlik çəkirsiniz. Tərslikdən lazımi adamların köməyindən də bəhrələnmirsiniz. Bəlkə papağı qarşınıza qoyub yaxşı-yaxşı düşünəsiniz?!
ƏQRƏB – Bu gün xırdaca mübahisəyə də getməməlisiniz. Əks halda, bəzi yaxınlarınızla aranızda soyuqluq yaranacaq. Situasiyaları kontrolda saxlasanız, axşam xoş ovqat qazanacaqsınız.
OXATAN – Peşəyönümlü fəaliyyətinizdə uğurlu nüanslarla qarşılaşacaqsınız. Perspektivli görüşləriniz də istisna olunmur. Əzmkarlığınızı artırsanız, qazanc da əldə edəcəksiniz.
OĞLAQ – O qədər də uğurlu gün deyil. Yalnız nahara qədər xırda nailiyyətləriniz ola bilər. Uzaq yola çıxmaq, riskli işlərə girişmək məsləhət deyil. Qida rasionunuzu zənginləşdirin.
SUTÖKƏN – Maddi durumunuzda irəliləyişlər gözlənilir. Lakin hansısa vacib məsələdə yanlış qərar çıxarmaq ehtimalınız da var. Odur ki, proqnozumuzu oxuyan kimi tədbir görməyə hazırlaşın.
 
BALIQLAR – Sövdələşmə aparmaq üçün şanslı vaxtdır. Amma gərək danışıqlar ikitərəfli istiqamətdə baş versin. Məxfi təkliflərə başdansovdu yanaşmayın. Ciddi işləri bu günə salmayın.