8,2 milyon avroluq qızıl Mersedes – FOTO

A-1

«Qırmızı canavar»a 600 ədəd yaqut, 5 kilo qızıl işlədilib 

Dünyanın məşhur mühəndisləri və dizaynerləri özlərinin fərdi işlərini təqdim etməyə daha çox çalışırlar. Ötən günlərdə onlardan biri öz məhsulunu auksiona çıxarıb.

«Mercedes-Benz SLR McLaren 999» dəyəri ilə yanaşı, görünüşü və əzəmiti ilə də hər kəsin diqqətini çəkir.

XALQ.AZ xəbər verir ki, İsveçli mütəxəssis Ueli Anliker tərəfindən qızıl və yaqutlarla bəzədilmiş avtomobilə «Qırmızı canavar» adı verilib.

Dəyəri 8,2 milyon avro olan avtomobildə Anliker 600 ədəd yaqut və 5 kiloya yaxın 750 əyarlı qızıldan istifadə edib. 3 il müddətinə ərsəyə gətirilən avtomobilin sükanı, faralarının ətrafları, salonunun əl toxunan yerlərinin əksəriyyəti yaqutlarla bəzədilib. Avtomobilin yaxınlarda satışa çıxarılacağı gözlənilir.

A-2

A-3

A-4

A-1