ATƏT çağırış etdi

ATET

ATƏT Azərbaycan və Ermənistan prezidentlərini təmas xəttində gərginliyin aradan qaldırması üzrə tədbirlər görməyə çağırıb.

XALQ.AZ-ın məlumatına görə, ATƏT sədri və ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində son hadisələrdən narahat olduqlarını bildirib və gərginliyin aradan qaldırması üzrə tədbirlər görülməsini istəyib.

Həmsədrlər həmçinin həlak olanların ailələrinə başsağlığı veriblər.