Şəhid ailəsinin yeni şəhidi

Sehid-1

Ermənilərin ötən gecə diversiya hücumu zamanı şəhid olan daha bir əsgərimiz torpağa tapşırılıb.

XALQ.AZ-ın məlumatına görə, 19 yaşlı Əli Rəhimov Masallıda doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfndə rayon sakinləri, hərbi xidmət keçdiyi hərbi hissənin nümayəndələri iştirak edib.

Şəhid Rəhimov Əli Fətullah oğlu Masallı rayonundan hərbi xidmətə çağrılmışdır. Əlinin əmisi də 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Xatırladaq ki, ötən gecə olan hücum cəhdi nəticəsində 8 hərbçi şəhid olub. Bu gecə isə 4 şəhid vermişik.