Cəbhə xəttində gərginlik

Cebhe

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatları davam edir.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağdamın Nəmirli, Güllücə və Tərtərin işğal altında olan Seyidsulan kəndləri istiqamətindən düşmən ordusu Milli Ordumuzun üzbəüz mövqelərini iri çaplı silahlardan atəşə tutub.

Hazırda 25 dəqiqədir ki, intensiv atışma gedir.

Milli Ordumuz düşmənə adekvat cavab verməkdədir.

Son məlumata görə, itki yoxdur.