Azərbaycan səfirliyi Zeynalovun işini nəzarətə götürdü

02

 

Şübhəli şəxs barısində açılan cinayət işinin düzgün aparılması üçün

 

Azərbaycanın Rusiyadakı səfirliyi əməkdaşlarının Orxan Zeynalovla görüşünü, şübhəli şəxsin vəkillə təmin olunmasını yerli hakimiyyətdən tələb ediblər. Bu barədə səfir Polad Bülbüloğlu “Dojd” televiziyasına açıqlamasında bildirib. Bu barədə rəsmi nota Rusiya XİN-ə oktyabrın 17-də veriləcək. “Orxan Zeynalov vəkillə təmin olunmalıdır. Bütün işlər hüquqi müstəvidə öz həllini tapmalıdır. O.Zeynalov həbs edilərkən zorakılığa məruz qalıb. O hadisəni törətməkdə şübhəli bilinir. Günahı sübut olunmayıb. O.Zeynalov həm də xarici ölkənin vətəndaşıdır. Ona xarici ölkə vətəndaşı kimi yanaşılmalıdır”, deyə səfirimiz bildirib.