Şeyx Belçikaya səfərə yola düşüb

01

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Belçikaya yola düşmüşdür

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 16-da Belçikaya yola düşmüşdür.
QMİ-nin mətbuat xidmətindən Xalq.az-a  bildirmişlər ki, səfər Krans Montana Forumunun Brüsseldə keçirilən XV illik sessiyasına dəvət əsasında həyata keçirilir. Oktyabrın 16-da açılışı olan sessiya oktyabrın 19-dək davam edəcəkdir. Sessiyanın işi müxtəlif mövzulara həsr olunmuş plenar iclaslar şəklində təşkil edilmişdir.Plenar iclasların müzakirəsinə çıxarılan mövzular arasında UNESCO və İSESCO ilə əlaqədə “Daha humanist dünya: stabilliyin və inkişafın yolu” problemi yer almışdır. Burada “Dinlərin sülh və sturukturlaşdırma rolunun inkişafı” məsələsi ətrafında məruzələr dinləniləcəkdir. Bu plenar iclasda QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edəcəkdir.Tədbirin sonuncu günündə Krans Montana Fondunun 2013-cü il üçün mükafatları və medalları təqdim olunacaqdır. Oktyabrın 19-da keçiriləcək təltifetmə mərasimində qurumun təsisçisi Jan Pol Karteron tərəfindən Krans Montana Forumunun medalı Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olunacaqdır. İndiyədək Krans Montana Forumunun mükafatlarının təqdim edildiyi nüfuzlu şəxslər sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adlarını çəkmək olar.