Azərbaycanda güllə keçirməyən şüşələrin istehsalına başlanıb

7
Azərbaycanda güllə keçirməyən şüşələrin istehsalına başlanıb.

 

Bu barədə APA-ya şüşəni istehsal edən şirkətdən məlumat verilib.Xüsusi texnologiya əsasında hazırlanmış şüşələr mənzillərin, müxtəlif obyektlərin, habelə hərbi poliqonların müşahidə məntəqələrinin inşasında istifadə oluna bilər. Artıq Azərbaycan daxilində bu şüşələr üçün bir sıra fərdi şəxslər və dövlət qurumlarından sifarişlər alınıb.Şüşə mühafizə səviyyəsinə görə beynəlxalq sertifikat alıb. Şirkətin meneceri Elməddin Ağamalıyevin sözlərinə görə, hazırda müəssisə iki fərqli TT tapançaları və 7.62 mm çaplı AK-47 avtomatlarına qarşı dözümlü şüşələr istehsal edir. Şüşələr atıcı silahlarla yanaşı, qəlpələrdən də qorumanı təmin edir. Güllə dəydiyi halda qəlpələnmə vermir.

 

Gələcəkdə sifarişlər olduğu halda zirehli maşınlar və döyüş texnikaları üçün də şüşələrin istehsalına başlanılacaq.