Azərbaycanlı aktrisa: “Müğənnidən hamiləyəm”

Mugenni

Açıq – saçıq səhnələrlə gündəmə gələn azərbaycanlı aktrisa hamilədir.

XALQ.AZ-ın məlumatına görə, bu barədə ANS TV-də yayımlanan “Evdəyik” verilişinin qonağı olan Türkan Əliyeva özü deyib.

Aktrisa hamilə olsa da, ayrıldığını və hələlik ərdə olmadığını bildirib.

“O serialdan sonra mən qınaq atəşinə tutuldum. Çoxları qınadı ki, bu pornodur. Amma orada açıq-saçıq heç nə yox idi. Aldığım qonorar qarşılaşdığım təzyiqlərə, çəkdiyim streslərə dəyməzdi. Atam məni çox qınadı, çox üstümə gəldi”.

Onun sözlərinə görə, övladının atası məşhur simadır. “O insan müğənnidir. Şəxsi həyat özümə məxsusdur və özüm bilərəm həyatımda nə baş verir. Yaxın zamanlarda ikimiz də sevgimizi etiraf edəcəyik”.