İstanbula gedən azərbaycanlılar

Istanbul

Bu il İstanbula turist kimi gedən azərbaycanlıların sayı açıqlanıb.

XALQ.AZ-ın məlumatına görə, İstanbul Mədəniyyət və Turizm İdarəsinin açıqlamasında bildirilir ki, Azərbaycandan İstanbula gələn turistlərin sayı ötən illə müqayisədə 2% artıb.

Ümumilikdə dünyanın müxtəlif ölkələrindən İstanbula gələn turistlərin sayı 2013-cü illə müqayisədə 20% artıb.

Belə ki, alman tursitlər (798 min) İstanbula səfər edənlər arasında birinci yeri tutur. Növbəti yerlərdə ruslar (404 min), iranlılar (367 min), amerikalılar (360 min) qərarlaşıblar. Azərbaycandan isə İstanbula bu ilin ilk 8 ayında 159 min 601 nəfər tusist kimi səfər edib.