Bakıda gəlin və bəy yarmarkada (FOTO)

G-1

Bakıda keçirilən kitab yarmarkasında maraqlı anlar yaşanıb. Gəlin və bəy toy libasında yarmarkaya qatılıblar.

XALQ.AZ-ın “Qanun” Nəşriyyat Evinin Facebook səhifəsinə istinadla verdiyi məlumata görə, kitab yarmarkası ötən gün baş tutub. Yarmarka Silahlı Qüvvələr günü münasibətilə Zabitlər parkında təşkil edilib.

Bu zaman parkda olan gəlin və bəy də yarmarka keçirilən əraziyə gəliblər. Nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu yeni ailə quran cütlüyə kitab bağışlayıb. Elif Şafaqın kitabı “Eşq” adlanıb.

Xatırladaq ki, yarmarka saat 21:00-a qədər davam edib. Yarmarkada kitablar 20 faiz endirimlə satılıb.

G-2

G-1

G-3

G-4