Əhaliyə son xəbərdarlıq

Qaz-1

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi qazdan istifadəyə görə yaranmış debitor borcları olan abonentlərə xəbərdarlıq edib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, debitor borcları iyun ayının sonunadək tam ödəməyən abonentlərin qaz təchizatı 2014-cü ilin 1 iyul tarixindən etibarən qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

“Azəriqaz” İB bir daha bütün abonentlərdən təbii qazdan istifadəyə görə yaranmış borclarını vaxtında və tam ödəməyi xahiş edir.