Bakıda yollar bağlanır

 

 

14

Bu gün ölkəmizdə Aşura günüdür. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verən Qazılar Şurası məscid və digər xüsusi ayrılan məkanlarda aşura mərasimlərinin ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməsi haqda xəbərdarlıq edib. Səhər saat 9-dan etibarən isə ölkə üzrə 14 məsciddə qan vermə aksiyaları təşkili olacaq.

Mərasimilərlə bağlı bu gün səhər saatlarından başlayaraq Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik olan yollar istiqamətində avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məscidlərdəki mərasimlərdə iştirak etmək istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyindən istifadə etmək məsləhət görülür.