Cennifer Lopez seksual şou göstərdi (VİDEO)

Dünya şöhrətli müğənni Cennifer Lopez Sinqapurda sevənləri ilə görüşüb.

XALQ.AZ-ın məlumatına görə, 45 yaşlı cazibədar müğənni Cey Lo Uzaq Şərq ölkələrindən hesab edilən Sinqapurda konsert proqramı ilə çıxış edib. Müğənninin səhnə performansı sinqapurlular və onun kosertini izləmək üçün ölkəyə gələn turistlər tərəfindən olduqca heyranlıqla qarşılanıb.

Cey Lo konsertdə rəqsi, mahnıları və özünə xas səhnə hərəkətləri ilə tamaşaçılara unudulmaz anlar yaşadaraq, onları konsert boyu ovsunlamağı bacarıb.

Son təqdim etdiyi “Booty” kilipi ilə bir çox gənc müğənnilərə cazibədarlığı ilə meydan oxuyan 45 yaşlı müğənni son kosertində də səhnədə seksual şou göstərib.