Ukraynada ölüm sayı: 3543

Ukraina

Ukraynada silahlı münaqişə dövründə ölənlərin sayı 3543 nəfərə çatıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə BMT-nın Baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şimonoviç bildirib. Xəbəri «AFP» agentliyi yayıb.

“Sentyabrın 21-nə olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair hazırkı rəsmi rəqəm Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, 3543 nəfərdir”, – deyə Şimonoviç bildirib.

O, qeyd edib ki, ölənlərin həqiqi sayı xeyli çox ola bilər, çünki elan olunan rəqəmlər yalnız rəsmi mənbələrin məlumatlarına əsaslanıb.