Daşkəsənlilər yekdilliklə YAP-ın namizədinə səs verəcəklər

XALQ,AZ xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsi rayonun Qabaqtəpə kəndində qarlı havada bir qrup fəal seçicilərin izdihamlı mitinqini keçirmişdir.

Görüşü giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirdi ki, biz bir neçə gündür ki, rayonumuzn ayrı-ayrı kəndlərində bü cür izdihamlı mitinqlər təşkil edirik. Sizin hər birinizə böyük minnətdarlıq hissi ilə bildirirəm ki, soyuq, qarlı bir gündə bu mitinqlərə hamınız ürəyinizin hökmü, qəlbinizin istəyi ilə toplaşmısınız. Əllərdə üçrəngli bayrağımızı, Yeni Azərbaycan Partiyasının bayrağını seyr etdikcə insanın ürəyi dağa dönür, hər birinizə qəlbimizdə minnətdarlıq hissi yaranır. Bu mitinq bir daha təsdiq edir ki, daşkəsənlilər ölkə rəhbəri, YAP-ın namizədi cənab İlham Əliyevlə həmrəydir, onun ətrafında həmişəkindən daha sıx birləşiblər. O, əməli işləri ilə bu sevgiyə layiqdir, hər birimizin prezidentidir, Azərbaycanın xoş gələcəyinin təminatçısıdır.

Mitinqdə çıxış edənlər Şakir Həsənov, Azad İsmayılov, Dilqəm Həsənov, Azad Alıyev, Təranə Rzayeva əminliklə vurğuladılar ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində biz hamılıqla YAP-ın namizədinə səs verəcəyik. Yaşadığımız kənddə, işlədiyimiz kollektivlərdə hər kəsin istəyi, arzusu İlham Əliyev adlı bir ünvanda birləşir.

 

Elgün