Xaçmazın Susayqışlaq kəndində səyyar qəbul keçirilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Susayqışlaq kəndində növbəti dəfə səyyar qəbulunu keçirib.

Qəbulda Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Maqsudkənd, Şollar, Pərdiqıran və Çaxçaxlı kəndlərinin sakinləri iştirak edib.

Sakinlər içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, dəmir yolu xətti üzərindən yeni keçidin açılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.