Deputatlar Gürcüstana gedir

 

9

Milli Məclisin deputatlarından Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev Azərbaycan parlamentinin müşahidəçiləri qismində, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov və Mirkazım Kazımov GUAM PA-nın xətti ilə, Azay Quliyev isə ATƏT PA-nın xətti ilə oktyabrın 27-də Gürcüstanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 26-dan 28-dək Tbilisidə səfərdə olacaqlar. 

 

“Qafqazinfo” xəbər verir ki, deputatlarımız öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü isə ölkənin paytaxtındakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.