Millət vəkili Giresun universitetində jurnalistika fakültəsinin açılışında iştirak edib

5

 

Giresun universitetinin Tribolu jurnalistika fakültəsinin açılış mərasimi keçirilib.

Xalq.az xəbər verir ki, mərasimdə universitet rəhbərliyi tərəfindən dəvət edilən  millət vəkiliQənirə Paşayeva də iştirak edib.

Əvvəlcə universitetin rektoru  Aygün Attar və fakültənin yaranmasında böyük əməyi olan professor  Tamer Karahasan, Jalə Sarmaşıkla görüşüb. Onlarla qarşılıqlı fikir mübadiləsi aparılıb. Fakültə binası ilə tanışlıq olub.

Mərasimi çıxış sözü ilə açan rektor A.Attar fakültənin yaranmasında universitet olaraq xeyli əmək sərf etdiklərini deyib.

“Əvəllər hər hansı bölgədə işlətmə fakültəsinin açılması xəyal kimi gəlsə də bizim səyimizlə nəinki bölgədə hətta  kiçik bir ərazidə bu fakültəni açmağa müvəffəq olduq. Həm müəllimlər həm də tələbələr üçün xeyirli olsun”.

A.Attar çıxışı zamanı ölkələrimiz arasındakı bağlılıqdan danışıb.

Rektorun ardınca çıxış edən Q. Paşayeva işlətmə fakültəsinin açılış mərasimində iştirak etməkdən qürur duyduğunu deyib.

“Əlaqələrin gücləndirilməsi xüsusilə də Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi mühüm məsələdir. Qardaş ölkənin inkişafı bizim inkişafımız, onların uğuru bizim uğurumuzdur”.

Millət vəkili bu birliyin tarixin hər dövründə özünü göstərdiyini bildirib.

“Çanaqqala savaşı zamanı azərbaycanlılar könüllü olaraq Çanaqqala uğrunda döyüşməyə yollanıblar. Həmin qazilərimizin məzarlarını ziyarət edərkən qürur hissi keçirdik. Bizim birlik və bərabərliyimizin tarixin hər dövründə ortaya qoyulması gələcək nəsillərin də bu yolda düzgün tərbiyyə olunmasına şərait yaradacaq”.

Millət vəkili Qənirə Paşayeva çıxışında Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb və bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda da gələcəkdə Giresun Universitetinin jurnalistika fakültəsinin açılmasını arzulayırıq.

Q.Paşayeva Giresun Universitetinə və onun yeni açılan jurnalistika fakültəsinə Azərbaycan həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan mədəniyyəti ilə bağlı materiallar və filmlər hədiyyə edib.

Mərasimin sonunda A.Attar Qənirə Paşayevaya xatirə plaketi təqdim edib.

Açılışın ardınca qonaqlar üçün yemək ziyafəti təşkil edilib.

 

1088