Elxan Allahverdiyev qəbul keçirdi

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi RİH-nin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.

XALQ.AZ xəbər verir ki,  qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, aparatın şöbə müdirləri iştirak edib.

Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

 

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.