Gəncədə 10 min ağac əkildi

Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər Təşkilatı Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibəti ilə ağacəkmə aksiyası təşkil edib.

XALQ.AZ xəbər verir ki, “Hərəyə bir ağac əkək” devizi ilə Heydər Əliyev park-kompleksinin ərazisində 10 min şam ağacı əkilib.

Şəhər ictiamyəti və partiya fəalları təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

Qeyd edək ki, gənc fəallar hər həftə mütəmadi olaraq Heydər Əliyev park-kompleksinin ərazisində iməclik təşkil edir və əkilən ağaclara qulluq göstərirlər.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.