Gecə ölümlə nəticələnən növbəti qəza

 

 

 

Sabirabad rayonu, Qaratəpə kəndi ərazisində gecənin növbəti ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

XALQ.AZ  FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olub ki, “Qazel” markalı yük avtomobili ilə “KİA” markalı minik avtomobili toqquşmuş və minik avtomobilinin sürücüsü 1993-cü il təvəllüdlü Faiq Ədalət oğlu Qarayev qəza nəticəsində hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü F.Qarayevin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, bu gecə Gəncədə 2 nəfərin, Şamaxıda 4 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.