Gmail yeniləndi

“Gmail” elektron poçt xidmətinin yeni veb-versiyasında istifadəçilər müəyyən müddətdən sonra özü silinən məktublar göndərmək imkanına malik olacaqlar. Oxşar funksiya bəzi başqa poçt xidmətlərində (məsələn, “ProtonMail”) də mövcuddur.

XALQ,AZ xəbər verir  ki, məktubu göndərən taymeri həftə, ay və ya hətta bir neçə il üzrə təyin edə bilər. Həmçinin elektron məktubu parol və ya SMS mesaj üzrə pin-kodla qorumaq mümkün olacaq.

ABŞ şirkətinin mühəndisləri 9 may tarixində Mauntin-Vyuda start götürəcək “Google I/O” konfransında bu haqda daha ətraflı məlumat verəcəklər.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.