Bakının Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Hindistan Respublikasının ölkəmizdəki səfiri Bollocddu Micihela Vinod Kumarinin kirayə yaşadığı evdən dahi Azərbaycan şairi Nizami Gəncəvinin əvvəllər ona hədiyyə kimi verilən 1 ədəd 8 sm hündürlüyündə qızıl suya çəkilmiş büstü naməlum şəxslər tərəfindən oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.