İcra başçısı veteranlarla görüşdü – Video

Gəncədə 9 May faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunan tədbir keçirilib. 

XALQ.AZ xəbər verir ki, Xan bağında, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə təşkil edilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Böyük Vətən Müharibəsi iştirakçıları, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

E.  Vəliyev İsrafil Məmmədovun məzarı önünə əklik qoyub, dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

İcra başçısı Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşərək onlarla söhbət edib.

Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov bildirib ki, hazırda Gəncədə 11 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Arxa cəbhə iştirakçılarının sayı isə 70-dən artıqdır.

Qeyd edək ki, Böyük Vətən Müharibəsində Gəncədən 16 000 nəfər vuruşub. Onlardan 2000 nəfəri döyüşlərdə həlak olub.


 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.