Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

5

 

Görüşdə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri, həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 25 oktyabr 2013-cü il tarixində saat 11:00-dan Abşeron rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən Xalq.az-a verilən məlumata görə, qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə) 24 oktyabr 2013-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.