Zaqatalada bir ailə zəhərləndi

4

 

Zaqatala rayonunda ailə üzvləri göbələk və xaşdan zəhərlənib.

Xalq.az Gün.Az-a istinadən xəbər verir ki ,Zaqatala Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsinə istinadən bildirir ki, rayonun Yuxarı Tala kənd sakinləri, 1968-ci il təvəllüdlü  Seyfullah Balaşov və həyat yoldaşı 1971-ci il təvəllüdlü Mehriban Həmzəyeva və onların iki az yaşlı övladları 2003-cü il təvəllüdlü Zümrüd Balaşova və 2005-ci il təvəllüdlü Məhəmməd Balaşov güclü zəhərlənmə dioqnozu ilə xəstəxanaya daxil olub.

İlkin tibbi müayinə və araşdırma zamanı məlum olub ki, ailə üzvlər bu gün günorta saatlarında göbələk və xaş yeyiblər. Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəstələrdən ayrı-ayrılıqda götürülən analiz nümunələri müayinə edildikdən sonra ailənin hansı qidadan zəhərlənməsini müəyyən olunacaq. Həkimlərin sözlərinə görə zəhərlənmə dioqnozu ilə xəstəxanaya daxil olan ailə üzvlərinin hazırda vəziyyəti orta-ağırdır, müalicələri davam etdirilir.