Lənkəran Osaküçə kəndində görüş

07

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 16-da Osakücə kəndində keçirdi.Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.Görüşü giriş sözü ilə açan inzibati ərazi dairəsinin nümayəndəsi Ramin Dövlətov bildirdi ki, nümayəndəlik Osakücə, Tatoba, Sinovli, Moloja, Pambəyi və Haftarion kəndlərini əhatə edir. 1280 təsərrüfatda 4801 nəfər əhali yaşayır.Nümayəndə ərazidə mövcud olan bəzi problemləri  də İcra başçısının diqqətinə çatdırdı.Ayrı-ayrı kənd sakinlərindən Novruzəli Xudayarov, Bəxtiyar Hüseynov, Rizvan Dadaşov, Şahrza Dövlətov və başqaları çıxış edərək ilk növbədə Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun yüksək səviyyədə və keyfiyyətlə əhalinin istifadəsinə verilməsinə, ərazinin  4 kəndinin “mavi yanacaq”la təchiz edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün sakinlər adından  minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində  yekdilliklə dövlət başçımıza səs verəcəklərini əminliklə söylədilər.Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı səyyar qəbul-görüşü yekunlaşdıraraq yeni tədris ilinin başlanması – Bilik Günü münasibəti ilə və əraziyə təbii qazın verilməsi ilə əlaqədar bütün əhalini təbrik etdi,  onlara ən səmimi və xoş arzularını çatdırdı.Son 10 il ərzində ölkəmizin sürətlə inkişaf etdiyini diqqətə çatdıran Taleh Qaraşov  bu inkişafın Lənkəran rayonunda da öz əksini tapdığını vurğuladı. Hazırda bütün lənkəranlıların cənab Prezidentin Lənkərana son səfərinin xoş təəssüratları altında yaşadıqlarını söyləyən İcra başçısı dövlət başçımızın rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı 3 yeni Sərəncamın əhəmiyyətindən danışdı.Taleh Qaraşov həmçinin bu ərazinin kəndlərinin mövcud sosial problemlərinin tezliklə öz həllini tapacağını diqqətə çatdırdı və bugünkü görüş zamanı əhali tərəfindən irəli sürülən təkliflərin zaman-zaman öz həllini tapacağını əminliklə söylədi.