Məleykə Əsədovaya ev bağışlayıblar

11
Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov xalq artisti Məleykə Əsədova ilə tanışlığından danışıb. 

Xalq.az  publika.az-a istinadən xəbər verir ki, A.Bəşirov aktrisaya ev hədiyyə etdiyini etiraf edib:“Təxminən 15-16 il bundan əvvəl görkəmli aktyor, mərhum Həsənağa Turabov Məleykə Əsədova ilə gəldi mənim yanıma xahiş etdi ki, o vaxtı İçərişəhərdən yuxarıda yaşadıqları birotaqlı evə bitişik olan evi ona verək. Həmin evdə də əvvəllər erməni yaşayıb və Gəmiçiliyin balansında idi. Xahiş etdilər, mən də o evi verdim Məleykəyə, oldu ikiotaqlı ev. Daha sonra isə həmin evdən eyvan çıxarmasına da icazə verdim. Mən Məleykə Əsədovanın sənətini bəyəndiyim üçün ona ev vermişəm. Hətta, toyuna da dəvət edib və mən də toyunda iştirak etmişəm. Ümumiyyətlə, hələ əvvəldən Məleykə Əsədovanın şeir deməyindən çox xoşum gəlib. Baxma da, xalq artistidir. Mən təkcə Məleykə Əsədovaya deyil, digər adamlara da çox kömək etmişəm”.