Masallı təhsilinin biznes strategiyası

Dövlət büdcəsindən ayrılan vəsait Masallı təhsil şöbəsinin müdirinə  yetmir?

Artıq bir neçə müddətdir ki, redaksiyamıza Masallı təhsil şöbəsinin müdiri Astan İbişovun “uğurlu” fəaliyyəti ilə bağlı məlumatlar daxil  olur. Keçən yazılarımızda yeni tədris ilinin başlanması ilə əlaqədar Masallıda BTE istehsalı olmayan məktəbli formaların satılması, məktəblərdə qış hazırlığı üçün odun pulu yığılması,

Məktəb direktorlarına məcburi tədris ilinin başlanması ilə əlaqədar pul yığımı, psixologiya müəllimlərin ağır dərs prosesində, jurnal pulu yığımından  və sairə bu kimi yazılarımızla oxucularımız məlumatlandırmışıq. Xalq.az problemləri işıqlandırdıqca Təhsil şöbəsinin müdiri Astan İbişov öz əməllərindən əl çəkmir. Belə ki,redaksiyamıza daxil olan məktublarda Astan İbişovun təhsildə biznes strategiyası yaratmağı təəcüb hissi döğurur.  Keçən yazılarımızda Masallı təhsilində nöqsanları bildirmişdik, və hətta keçən il hazırladığımız reportajı sizə təqdim etmişdik. Lakin görünür ki, heç bir dəyişiklik olmadan Astan İbişov bu ildə istilik sistemi olmayan məktəblərdə öz biznesini həyata keşirəcək. Artıq bu movzu ilə əlaqədar iclas keçirilib və lazımi tədbirlər görülməsi üçün tapşırıqlar verilib. Bəs dövlət büdcəsindən ayrılan vəsaitlərin əqibəti necə olub bunu ancaq Astan İbişov bilir.

 Ölkədə təhsil islahatları uğurla davam etdirilir. Dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan ayrılan pullar yetərincə təhsilin inkişafına və gənclərimizin yüksək təhsil alması üçün yetərlidir. Bunu hətta qondarma Milli Şuranın vahid namizədi deputat olarkən parlamentdə öz çıxışlarında vurğulamışdır. Lakin Masallı təhsil şöbəsinin müdiri Astan İbişov üçün büdcədən ayrılan pullar yetərli deyil. Çünki dövlət büdcəsində ayrılan pullar yetərli olsaydı Masallıda bu kimi hallar baş verməzdi.

  

P.S Keçən il yuxarı siniflərdən 5-10 manat aşağı siniflərdən 2-5 manat arası odun pulu yığılıb.Görəsən bu il odun pulu nəcə manatdan yığılacaq?

 

P.S.S Təkrarən reportajı şərhsiz təqdim edirik.