Mübariz Mənsimov qonaqlıq təşkil edib

35

 

Azərbaycanlı iş adamı, “Palmali” şirkətrlər qrupunun prezidenti Mübariz Mənsimov Türkiyədə dostları üçün dəbdəbəli

qonaqlıq verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonaqlıq onun özünə məxsus olan “The Edition” otelində baş tutub. Çoxlu sayda məşhur iş adamının iştirak etdiyi qonaqlıq daha sonra “Cipriani” adlı italyan restoranında davam edib.

M.Mənsimov qonaqlarına kilosu 4 min avroya satılan və Azərbaycanda gətirilən kürü təqdim edib. Menyuda kilosu 2-3 min avro olan yerdombalanı göbələyi ilə hazırlanan rizotto da olub. Qonaqlar arasında Trabzonspor futbol klubunun keçmiş prezidenti Sədri Şener, Fənərbaxça futbol klubunun prezidenti Əziz İldırım, Türkiyə millisinin baş məşqçisi Fatih Terim və Rıdvan Dilmən olub.