Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb. “XALQ.AZ xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.
Hadisə yerində olan şahidlərin XALQ.AZ-a verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.
Hazırda hadisə yerinə yanğınsöndürənlər var.Əlavə məlumat veriləcək
Hadisə Teymur Əliyev küçəsində baş verib. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan villada yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar.Xəsarət alan yoxdur.