Paytaxtda möhtəşəm gecə (FOTOLAR)

Q-1

9-cu Kapadokya şeir festivalı çərçivəsində “Bir millət, iki dövlət: Azərbaycandan Anadoluya, türk dünyasına könül körpüsü” adlı gecə keçirilib.
XALQ.AZ-ın məlumatına görə, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Milli Qurtuluş Gününə həsr olunmuş “Bir millət, iki dövlət: Azərbaycandan Anadoluya, Türk dünyasına könül körpüsü” adlı gecə və “Qarabağdan türk dünyasına könül körpüsü” mövzusunda 9-cu Kapadokya şeir festivalı baş tutub.

Şeir festivalında Türkiyənin məşhur şairi Camal Safi başda olmaqla, qardaş Türkiyədən və İraqın Kərkük vilayətindən gəlmiş şairlər, eləcə də ölkəmizin tanınmış şair və sənətçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Xalq Şairi Zəlimxan Yaqub çıxış edərək türk dünyasının şairlərinin iştirakı ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Camal Safinin isə yaradıcılığından nümunələr səsləndirməsi ardı-arası kəsilməz alqışlarla qarşılanıb.

Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalının aparıcılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri millət vəkili Qənirə Paşayevanın, Aşıq Şəmşir Mədəniyyət Ocağı İB-nin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun və “ÜRGÜP” FM-in (Kapadokiya) təşkilatçılığı ilə keçirilən tədbirdə əməkdar artist Aybəniz Haşımova, xalq artisti Ağadadaş Ağayev, əməkdar artist Elza Seyidcahan, Aslan öz mahnı töhfələri ilə qonaqların qəlbini oxşayıblar.

Qeyd edək ki, Bakıdan sonra Gəncə və Tovuzda, Ermənistanla ön cəbhədə də geniş tədbirlər və gecələr keçiriləcək.

QQ

Q-1

Q-2

Q-3

Q-4