Bakıda ev yandı

yangin-1

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

XALQ.AZ FHN-nin saytına istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda vətəndaşa məxsus umumi sahəsi 45 kv.m olan evdə baş verib.

Məlumata görə, bir mərtəbəli iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən Yanıq Mərkəzinə aparılıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın saat 00:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.