Həsən Ruhaninin matç keyfi (FOTO)

I-1

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin futbol matçına baxmasını əks etdirən foto şəkil yayılıb.

XALQ.AZ-ın xəbərinə görə, şəkil prezident Ruhaniyə aid şəxsi tvitter səhifəsində nümayiş olunub.

Foto şəkildə Həsən Ruhani sadə bir otaqda plazma televizorda DÇ – 2014 çərçivəsində keçirilən İran – Nigeriya qarşılaşmasını izləyir.

Qeyd edək ki, idman geyimində oturan Ruhaninin qarşısında çay, şəkər, ləbləbi və meyvə var.

Qarşılaşma isə 0-0 hesabla heç-heçə başa çatıb.

I-2