Polis əməliyyat keçirdi- Həbs olunanlar var

POLIS

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 87 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb. XALQ.AZ-ın  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər tutulub.