Prezidentə hücum edildi

 

77

“Fənərbaxça” – “Trabzonspor” oyununda azarkeşlər arasında dava düşüb

 

Türkiyə Super Liqasının çərçivəsində oynanılan “Fənərbaxça” – “Trabzonspor” oyununda azarkeşlər arasında dava düşüb. ANS PRESS-in məlumatına görə, qolsuz bərabərliklə bitən qarşılaşma sonrası düşən davada “Trabzonspor”un prezidenti İbrahim Hacıosmanoğluna da hücum edilib.

Lig TV-nin xəbərinə görə, trubunada oturan “Trabzonspor”un prezidenti İbrahim Hacıosmanoğlunun ünvanına təhqirlər səsləndirən “Fənərbaxça”lı azarkeşlər ona tərəf şüşə atıb.

Həmçinin İbrahim Hacıosmanoğlu stadionunun çıxışında gözləyən “Fənərbaxça”lı azarkeşlərlə “Trabzonspor”lu tərəfdarlar arasında qarşıdurma yaranıb. Davanı sakitləşdirmək üçün polis qaz bomnblarından istifadə edib.

 


Comments are closed.