Şəhidlərimiz-Fotolarda

 

Şəhid olan əsgərlər  - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbi qulluqçumuzun şəhid olduğunu açıqlayıb.

“Qafqazinfo” adları açıqlanan əsgərlərimizdən biri – Haşımlı Tural Əbdül oğlunun sosial şəbəkə hesabından fotolarını əldə edib. Yaxınları onun kəşfiyyat bölük komandiri, baş leytenant olduğunu yazırlar.
Fotosu paylaşılan digər şəhidimiz isə 1982-ci il təvəllüdlü Abdullayev Aqşin İsmayıl oğludur.