Qənirə Paşayeva
Güclü olmaq istədim və Böyük Yaradan məni gücləndirmək üçün çətinliklər göndərdi. Müdriklik istədim və Böyük Yaradan mənə həll etməyim üçün məsələlər yolladı. Uğur istədim və Böyük Yaradan mənə çalışmağım üçün zəka və əzələ gücü verdi. Cəsarət istədim və Böyük Yaradan mənə öhdəsindən gəlməyim gərəkən məsələlər verdi.
Sevgi istədim və Böyük Yaradan mənə yardımçı olma-ğım üçün problemli insanlar yolladı. Yaxşılıq istədim və Böyük Yaradan mənə fürsətlər yolladı.
İstədiyim hər şeyi əldə edə bilmədim, fəqət ehtiyac duy-duğum hər şeyi əldə etdim. Bəzi ailələrmiz böyüyən uşaqların gələcəyi üçün təəssüf ki, doğru yol seçmirlər. Ailələr imkanları artıqca övladları-nın heç bir çətinlik çəkməməsinə çalışırlar. Onlar çətinliklər çəkmədən böyüyür və bəlkə də bu ailələr övladlarının gələ-cəyi üçün nə qədər böyük problemlər yaratdıqlarının fərqin-də belə olmurlar. Ailələr tərəfindən ərköyün böyüdülən uşaqların Allah tərəfindən nə qədər böyük çilələrlə imtahan ediləcəklərini valideynlər bilsəydilər bəlkə də övladlarını buddist prinslər kimi sıxıntıya, çətinliklərə dözə biləcək şə-kildə tərbiyə edərlərdi deyə düşünürəm…
Bu hekayəni çox sevirəm və hər kəsin oxumasında bö-yük yarar olduğunu düşünürəm… Bir gün bir adam baramada balaca bir dəlik müəyyən etdi və oturub kəpənəyin saatlar boyunca bədənini bu kiçik dəlik-dən çıxarmaq üçün sərf etdiyi səylərini izlədi. Bir an ona elə gəldi ki, kəpənək sanki irəliləmək üçün səy göstərməkdən vaz keçdi. Sanki əlindən gələn hər şeyi etmiş və artıq edə biləcəyi bir şey qalmamış kimi… Beləliklə, adam kəpənəyə yardım etməyə qərar verdi. Əlinə kiçik bir qayçı alıb bara-madakı dəliyi böyütməyə başladı. Bundan sonra kəpənək asanlıqla, heç bir səy göstərmədən, çətinlik çəkmədən bara-madan çıxa bildi. Lakin bədəni quru və kiçik qanadları bü-züşmüş halda idi. Adam izləməyə davam etdi, çünki hər an kəpənəyin qanadlarını açıb genişləyəcəyinə və bədənini daşıyacaq qədər güclənəcəyinə ümid edirdi. Amma bunlar-dan heç biri olmadı! Kəpənək həyatının qalan hissəsini bir bədən və büzüşmüş qanadları ilə yerdə sürünərək keçirdi. Nə qədər çalışsa da, əsla uça bilmədi. Adamın yaxşı niyyə-ti və yardımsevərliyi ilə anlamadığı bir şey baramanın dar olmasının və buna qarşılıq kəpənəyin dar bir dəlikdən çıxmaq üçün göstərməli olduğu səyləri idi. Bəli, çətinlikdən qurtulmaq üçün səylər… Böyük Yaradan kəpənəyin bədənin-dəki mayeni onun qanadlarına göndərmək və bunun sayəsində də baramanın darlığından qurtulduğu anda uçmasını təmin etmək üçün seçdiyi yol bu idi. Bəzən həyatda tam olaraq ehtiyac duyduğumuz şey səylərdir. Əgər Böyük Ya-radan həyatda hər hansı bir səy olmadan irəliləməyizə izn versəydi, o zaman bir anlamda şikəst qalardıq. O zaman ola biləcəyimiz qədər güclənə bilməzdik, əsla, uça bilməzdik.
P.S: Məncə, kəpənəyin baramadan çıxış hekayəsi düşünmək üçün gözəl bir hekayədir. Amma ən gözəli bu prosesi izləməkdir. Buna imkanı olan dostları müt-ləq bu prosesi izləmələrini məsləhət görərdim…