Şiə zəvvarlara qarşı terror

terror

İraqın paytaxtı Bağdadda törədilən üç partlayış nəticəsində ümumilikdə 32 nəfər ölüb.

XALQ.AZ-ın məlumatına görə, Reuters agentliyini birinci partlayışın hədəfinin şiə zəvvarlar olduğunu deyib. Zəvvarların toplaşdığı yerə partlayıcı qurğu quraşdırılmış avtobus yaxınlaşıb və sonra partlayış baş verib. Bu olay nəticəsində 14 nəfər ölüb.

Bağdadın qərb və şərq rayonlarında avtomobillərin partladılması nəticəsində isə 18 nəfər həlak olub.

Hücumlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.