Şirvanda qəza törədən avtomobilin markası müəyyənləşdirib

87

Şirvanın polis rəisi qəza ilə bağlı açıqlama verdi

 

 

Xəbər verildiyi kimi dünən Şirvan şəhərində bir piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, sürücü 1965-ci il təvəllüdlü Aslanova Zərifəni vuraraq hadisə yerindən qaçmışdır. Ağır vəziyyətdə olan piyada yerli xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb, vurulan şəxs xəstəxanada keçinib. Şirvan şəhər polis idarəsinin rəisi Şahin Mirzəyevin əməkdaşımıza verdiyi məlumata görə əməliyyat-axtarış tədbirləri davam edir. “Hadisə ilə bağlı onu deyə bilərik ki,qəza törədən avtomobilin markası və rəngi məlumdur.İstintaq hərəkətləri aparıldığından  əlavə məlumat verə  bilmirik.”

 Bundan başqa  polis rəisi zəruri istintaq tədbirlərin davam etdirildiyini və içtimayyəti məlumatlandırılacağını qeyd etdi.