“Super ay” heyran etdi (FOTO)

A-1

2014-cü ilin ilk “Super ay” mənzərəsi müşahidə edildi. XALQ.AZ-ın məlumatına görə, unikal təbiət hadisəsi möhtəşəm mənzərənin ortaya çıxmasına səbəb olub.

Dünyanın peyki hər zamankındən daha parlaq və daha böyük görünüb. NASA-nın məlumatına görə, bu hadisə zamanı Ay 14 faiz daha böyük olub.

“Super ay” adlanan bu hadisə zamanı ay 365 000 km məsafə ilə yerə ən yaxın nöqtədə olub.

Bu təbiət hadisəsi ABŞ, Pakistan, Kanada, Mərakeş, Qüds də bir-birindən maraqlı görüntülərə səhnə olub.

“NASA”nın saytında yayılan məlumata görə, analoji hadisə bu il avqustun 10-da və sentyabrın 9-da təkrarlanacaq.

Xatırladaq ki, axırıncı dəfə belə hadisə 2013-cü ilin iyununda baş vermiş, bu vaxt ay normal ölçüsündən 14 dəfə böyük və 30 faiz daha parlaq görünmüşdü.

A-1

A-2

 

A-5

A-6

A-99

A-9

A-88

A-77

A-8