20 yaşlı gənc qəzada öldü

Qeza-3

Lənkəran rayonu, Veravul kəndi ərazisində “VAZ” markalı minik avtomobili ilə “BELARUS” markalı qoşqulu traktor toqquşub.

XALQ.AZ-ın məlumatına görə, nəticədə minik avtomobilinin sürücüsü – 1994-cü il təvəllüdlü Elmar Ağagül oğlu Şanbanov hadisə yerində ölüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə E.Şabanovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.