Vüqar İskəndərov Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçildi

30 aprel tarixində Bakıda Hyatt Regency otelində Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirilib.

XALQ.AZ xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Autizm təşkilatlarının nümayəndələri iştirak edib.

Konfransda TDAF-ın prezidenti Elnur Məmmədli hesabatla çıxış edib və digər ölkələrin nümayəndələri fəaliyyətləri barədə qısa məlumat veriblər.

Konfransın gündəliyində Rusiya Federasiyasının Tatarıstan Respublikası və Türkmənistan Autizm təşkilatlarının TDAF – a üzv seçilməsi, prespektivdə olan işlər barəsində, hesabatlar, qarşılıqlı fəaliyyət protokolunun imzalanması və seçki məsələsi öz həllini tapıb

Milli Məclisin deputatı Vüqar İskəndərov yekdilliklə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçilib.

1-2 may tarixlərində təşkilatın beynəlxalq sərgisi və konfransı keçiriləcəkdir.