Tünzalə Ankarada konsert verəcək

 

08

Türk mətbuatı Ağayevanın konsert proqramını maraqla gözləyir

Noyabrın 25-i Türkiyənin paytaxtı Ankarada Əməkdar artist Tünzalə Ağayevanın Ankara Orkestri ilə birgə solo konserti baş tutacaq. Proqramda Ağayevanı 30 nəfərdən ibarət olan orkestr müşayət edəcək. Konsertin dirijoru Kamal Günüç, orkestrləşdirmə isə Utar Artuna məxsusdur. Artıq Ankara şəhərində musiqi tədbirinin promo kompaniyası başlayıb. Bu ayın 20-si sənətçi orkestrlə birgə məşqlərə başlamaq üçün Ankaraya yola düşəcək.

Bu konsert Ankara orkestri ilə müğənnimizin birgə hazırladığı böyük layihənin debütü olacaq. Musiqi tədbiri Ankaranın yerli mediası tərəfindən çox böyük maraqla gözlənilir. Konsert noyabrın 25-i saat 19:30- da paytaxtın mərkəzində yerləşən TEATRO salonunda keçiriləcək.