Türkiyədə 3 azərbaycanlı qaçaqmalçı tutuldu

44

 

Türkiyədən çemodanında 2000 ədəd mobil telefon aparmağa cəhd göstərən 3 azərbaycanlı saxlanılıb.

Türkiyədən çamadanında 2000 ədəd mobil telefon aparmağa cəhd göstərən 3 azərbaycanlı saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Gömrük və Ticarət Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Gömrük Mühafizənin işçiləri Atatürk Hava limanından çamadanlarında 2000 ədəd mobil telefonu aparmağa cəhd edən şəxsləri saxlayıblar.

Nazirlikdən verilən məlumata görə, həmin şəxslər 4 nəfər olub və onların 3-ü azərbaycanlıdır. Çamadanlardan tapılan telefonların ən son model telefonlar olduğu qeyd olunur.

Saxlanılan şəxslər barəsində qaçaqmalçılıq maddəsi üzrə cinayət işi başlanılıb