TURKİYƏDƏ AĞIR QƏZA…

Türkiyədə ağır yol qəzası baş verib.

XALQ.AZ “gazetevatan”a istinadla bildirir ki, Kütahya şəhərinin Tavşanlı mahalında tələbələri daşıyan mikroavtobus aşıb. Avtobusun sürücüsü yerindəcə keçinib. Avtobusdakı digər 14 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.