DİQQƏT! Borclar silindi…

pul

Faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz olaraq silinmiş vergi ödəyicilərinin siyahısı açıqlanıb.

XALQ.AZ trend-ə istinadən xəbər verir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısında 18 932 müəssisə və şirkətin, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş fiziki şəxslərin adlı siyahısında isə 50 163 nəfərin adı var.